Görüşün əsas mövzusu təbii ki, Azərbaycan-Ermənistan münaqişəsinin yekun həllidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.
“Bir tərəfdən də İrəvanın sülh müqaviləsi üzərində real işə qarşı çıxması aşkar şəkildə görünür. Baqramyan prospektindən artıq razılaşdırılmış mövqelər əsasında sülh müqaviləsi imzalamağa hazır olması barədə bütün bəyanatlara baxmayaraq, burada əsas məsələ - İrəvanın Azərbaycana qarşı Ermənistan Konstitusiyasında təsbit olunmuş ərazi iddialarından imtina etməsi yoxdur. İrəvan deyir ki, ona bu dəyişiklikləri etmək üçün ümumxalq referendumu keçimək lazımdır (tamamilə mümkündür), lakin o, referendumu 2027-ci ildən tez keçirə bilmir (və bu, çoxlu sual yaradır). Digər tərəfdən, Ermənistandan mütəmadi olaraq nəinki Qarabağın yeni işğalına, həm də Azərbaycan ərazisini təkcə atıcı silahlardan deyil, həm də digər vasitələrdən atəşə tutmağa çağırışlar edilir.
Danışıqlar masasında 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrası da var, bu da Ermənistanın vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat vermək öhdəliyini göstərir. Nəqliyyat rabitəsinə nəzarəti isə Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirməlidir, amma gördüyümüz kimi, Ermənistan təxribat törədir”, - o bildirib.
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü