ABŞ-ın nəhəng “Edelman PR” şirkəti Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın “təmizə çıxarılması” və müdafiəsi məqsədilə beynəlxalq müstəvidə iş aparır.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Haber Global” yazıb.
Məlumata görə, çirkli pulların yuyulması işini həyata keçirən Vardanyanın “təmizə çıxarılması” və həbsdən azad edilməsi işində “Edelman PR” şirkəti ilə yanaşı, “Unilever” şirkətinin keçmiş icraçı direktoru Paul Polman da iştirak edir.
P.Polman “Unilever” şirkətində 10 il – 2009-2019-cu illərdə çalışıb. Marqlıdır ki, “Unilever” şirkəti Azərbaycanda da fəaliyyət göstərir və bu, Polman şirkətə rəhbərlik etdiyi dövrdə başlayıb.
Polman 2019-cu ildə iqlim dəyişikliyi üzrə mübarizə aparan “Imagine Consultancy” şirkətini yaradıb. Şirkət 2022-ci ildə ətraf mühit üzə məsləhət şirkəti olan “Systemiq” tərəfindən satın alınıb. P.Polman özünü “xeyriyyəçi” kimi göstərməyə çalışsa da, əsas işi qeyri-leqal lobbiçilik fəaliyyətidir. Onun Vardanyanın müdafiəsinə qoşulması da biznes maraqlarından qaynaqlanır.
- İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!
- İranda şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi
- İlham Əliyev İran səfirini qəbul etdi
- Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi
- Azərbaycan özünün enerji potensialını daim artırır
- Bakıda güclü partlayış: rəsmi açıqlama yayıldı - Video
- Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama
- Azərbaycandan Britaniya deputatlarına etiraz...