Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq.
BUTA.TV xəbər verir ki, bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır. Bunun üçün “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Beləliklə, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin diferensiallaşdırılması və pilot layihə çərçivəsində tətbiqi təmin olunacaq. Yekunda ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin tətbiqinə keçid və diferensiallaşdırılmış tarif siyasətinin regional miqyasda tətbiqi üzrə sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi və tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq.
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi