Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində AQTA əməkdaşlarının keçirdiyi plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Orada aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik “Архангельская” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.
Təhqir, qeybət, xəyanət... – Gündəmdə qalmaq üçün hər şeyə razıdırlar
Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.
- Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama
- Azərbaycandan Britaniya deputatlarına etiraz...
- Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...
- Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma
- Təhqir, qeybət, xəyanət... – Gündəmdə qalmaq üçün hər şeyə razıdırlar
- Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır
- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
- Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı