Göyçay şəhər 3 saylı uşaq bağçasının müəllimi Rəfiqə Həsənova dünyasını dəyişib.
BUTA.TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, R.Həsənovanın yaxınları onun həkimlərin qoyduğu səhv diaqnozun qurbanı olduğunu iddia edirlər.
Məlumata görə, R.Həsənova xəstəliyi ilə əlaqədar əvvəl Göyçay Mərkəzi Rayon Xəstəxanasında müalicə olunub, sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb. Mərhumun bacısı bildirib ki, Rəfiqə Həsənovanın xəstəliyi barədə Göyçay Mərkəzi Rayon Xəstəxanasında əvvəldən səhv diaqnoz qoyulub, düzgün müalicə aparılmayıb:
"Bakıdakı həkimlər isə onun xəstəliyi ilə bağlı müalicə prosesinə başlamağın artıq gec olduğunu bildiriblər. Ona heç bir əlac etmək mümkün olmayıb".
Mərhumun yaxınları hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...