Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb.
BUTA.TV Parol.az-a istinadən xəbər verir ki, oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMV markalı gəlin maşınının toy karvanında iştirak edən VAZ-21015 markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Əzizağa Xudiyev adlı şəxs dünyasını dəyişib.
Hadisə ilə əlaqədar, BMV markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb.
Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...