Yaxın Şərqdə yeni müharibə qığılcımları olacağını əvvəllər də demişdim. Ümumilikdə deyə bilərəm ki, İsrail-İran qarşıdurması böyük müharibəyə çevrilməyəcək. Ancaq iki dövlət arasındakı “vulkanik püskürmələr” mütəmadi olaraq davam edəcək. Çünki bu, Qərbin maraq dairəsindədir.
Bu sözləri BUTA.TV-a Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayev İran-İsrail müharibəsinin başlama ehtimalını şərh edərkən deyib.
Onun sözlərinə görə, iki ölkə arasında genişmiqyaslı müharibə beynəlxalq güclərin marağında deyil:
“İsrail özü də digər Şərq ölkələri kimi, Qərb siyasətinin əziyyətini çəkir. İstəsələr də, istəməsələr də bu oyunda iştirak etmək məcburiyyətindədirlər.
Bir çox siyasətçi İranla Taliban arasında savaş olma ehtimalını istisna etmirdilər. Ancaq hər şey tam əksinə oldu. Bu gün bütün dünya “tikan üstündədir”. İranla İsrail savaşsa, bu, artıq dünya müharibəsi olacaq. Dünya müharibəsi isə savaşların səbəbkarı Qərbin marağında deyil. İndi müharibələrin formatı tamam dəyişib, təəssüf ki, hər şey beynəlxalq güclərin nəzarəti altındadır”.
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi