Paytaxtdaxili və şəhərə giriş-çıxış yollarında müşahidə olunan tıxaclar ildən-ilə daha da intensivləşir. Artıq bir neçə aydır müşahidə olunan dəhşətli nəqliyyat sıxlığı son illərin pik nöqtəsi hesab edilir.
Ekspertlərin fikrincə, Bakının tıxac dərdi hələ uzun illər davam edəcək. Bir çoxları intensiv tıxacların başlıca səbəbini sürücülərin nəqliyyat qaydalarına düzgün əməl etməməsində görür. Yollarda nəqliyyat vasitələrin sağa və sola mütəmadi manevr etməsi və s. Mövzu ilə bağlı BUTA.TV-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, nəqliyyatın sıxlığını sürücülərin fəaliyyəti ilə əlaqələndirməni doğru hesab etmir:
“Ümumiyyətlə, sürücülərin tıxacların yaranmasında birbaşa təqsirkar olduğunu düşünmürəm. Ona görə ki Bakıdakı tıxaclarda nəqliyyat vasitələrinin sağa və ya sola manevr etmək imkanları demək olar ki, yoxdur. Bu baxımdan sözügedən fikirlə razılaşmıram.
Nəqliyyatda baş verən sıxlığa səbəb Bakı şəhərində yol infrastrukturunun aşağı səviyyədə olması, yəni avtomobil nəqliyyat vasitələrinin tutumu ilə bağlı problem yaşamasıdır”.
Ekspertin fikrincə, sıxlığı nisbi azaltmaq üçün avtobus zolaqlarından istifadəyə, qismən də olsa, icazə verilməlidir:
“Eyni zamanda, Bakının son 1 ildə kifayət qədər yüklənməsi, yolların bir hissəsində avtobus zolaqlarının açılması da tıxacları artıran digər amildir. Şərait yaradılmalıdır ki, heç olmasa qeyri-pik saatlarda sürücülər avtobus zolaqlarına girib-çıxa bilsinlər. Yəni limitli vaxtla belə olsa, bu idarə olunmalıdır. Tutaq ki, hər gün səhər 10-a qədər və axşam 17:00-dan 20:00-a qədər məhdudiyyətlər qoyulsa, daha uyğun olar. Digər vaxtlarda isə bu zolaqlardan istifadə nəqliyyatın sıxlığını nisbətən yüngüləşdirər”.
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü