Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadəni təklif edib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda bu regional platformanın iştirakçı ölkələrinin XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik", - o bildirib.
Nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının tamamlanması üçün hansı platformanın ən yaxşı olduğu sualına cavab olaraq deyib: "Razılaşmaq mümkün olan platforma".
"Əgər onlar birbaşa razılaşa bilsələr, buna sevinərik. Artıq dediyim kimi, bu gün biz təklif etdik ki, "3+3" platformasından istifadə etsinlər. Bu, təbii olardı. Nəzərə alsaq ki, məhz bu formatda qonşular, Ermənistan və Azərbaycan görüşür. Amma təkrar edirəm, bunu Bakı və İrəvan həll etməlidir", - o bildirib.
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü