18 oktyabr - Müstəqilliyin Bərpasının 33-cü ildönümü münasibətilə ABŞ-nin Nyu York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, dövlət bayrağı Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında asılıb.
Layihə Azərbaycan Nyu York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyevanın təşkilatçılığı ilə həyata keçirilib. Mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Nyu Yorkda yaşayan həmvətənlərimiz, diaspor aktivləri iştirak ediblər.
Azərbaycan və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.
Y.Əliyev çıxışında Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azərbaycan bayrağı 10 gün ərzində ərazidə dalğalanacaq.
Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli bayraq Nyu York səmalarını bəzəyib. "Bowling Green" Nyu Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...