Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsinin şəhidi Hüseynov Məhəmməd Alik oğlunun şəhadətinin ildönümü ilə əlaqədar ailəsini ziyarət edib.
BUTA.TV xəbər verir ki, ailənin tək oğul övladı olan Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Hüseynov Məhəmməd Alik oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar Bahar qəsəbəsində yaşayan ailəsi ziyarət olunub.
Ziyarətdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə hüquq mühafizə orqanlarının rəhbərləri, RİH müavin və şöbə müdirləri də iştirak edib. vakansiya
İcra başçısı şəhidin yaxınlarına baş sağlığı verərək ailənin qayğıları ilə maraqlanıb. Valideynlərinə vətənə layiq belə övlad böyütdükləri üçün təşəkkür edib.
Əziz Əzizov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. RİH başçısı Azərbaycan xalqının bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandığını və bu zəfərlə bütün şəhidlərimizin qisası alındığını vurğulayıb.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
- Meysəridə alovlu duel - Barbekü manqala qarşı - Fotolar + Video