Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada (Mərakeş) NATO-nun Əməliyyat İmkanı Konsepsiyasının illik konfransında iştirak edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-mayor Yeroyan NATO-nun bir sıra həmkarları, o cümlədən Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının Baş Qərargah rəisinin müavini, vitse-admiral Qunşteyn Bruasdal (Norveç) və Tərəfdaşlıq Direktorluğunun Hərbi Əməkdaşlıq Xidmətinin rəhbəri, NATO-nun Avropadakı Ali Müttəfiq Komandanlığının (ALLF) Baş Qərargah rəisinin müavini, briqada generalı Martin Remesi (Slovakiya) ilə görüşüb.
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı