Cəbrayıl Rayon Polis Şöbəsinə Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırılması barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar. Onlar avtomobili qazanc əldə etmək məqsədilə qaçırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır