Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm , Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub.
Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır