COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclasında bildirib.
Prezident Administrasiyasının rəhbəri COP29 zamanı Bakıda nəqliyyatın planlı şəkildə təşkil olunması ilə bağlı hazırlanmış Nəqliyyat Planının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Samir Nuriyev, eyni zamanda, Bakı Olimpiya Stadionunda yekunlaşmaqda olan hazırlıq işləri, dövlət qurumları tərəfindən beynəlxalq tərəfdaşlarla birlikdə təşkil ediləcək tədbirlər və digər məsələlər barədə danışıb.
Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirib.
- Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...
- Rusiya səfirliyimizə raket atdı
- Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan
- Prezident Maqdalena Qrononu qəbul etdi - Foto
- Bakı və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...