Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.
BUTA.TV xəbər verir ki, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələdə əksini tapıb.
Layihəyə əsasən, Toğrul Nəcəfli Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.
Eyni zamanda layihəyə əsasən, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunur.
- İqlimi dəyişdirən gizli texnologiyalar...
- Bakıda koreyalı atanın məzun övladını dediyi sözlər... - Video
- Oyun kimi başlamışdı... - Xoş xatirəyə çevrildi - Fotolar
- Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı...
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto