Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə noyabrın 2-3-ü gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
Bundan başqa, Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək ki, bu da sarı xəbərdarlığın göstəriciləridir.
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video