Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.
BUTA.TV Report-a istinadın xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hunday” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Könül Ərəstun qızı Bağırova, 1989-cu il təvəllüdlü Elşən Ərəstun oğlu Bağırov, 1993-cü il təvəllüdlü Pərvin Vüqar qızı Bağırova və 2023-cü il təvəllüdlü Ruqayyə Elşən qızı Bağırova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Təbrizli yazıçı həbs edildi
- Bir çox ölkə Azərbaycan qazından istifadə edib...
- Bu sistemi sıfırdan qurmuşuq - Prezident
- Həm İtaliya, həm də Çin... - İlham Əliyev
- Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
- İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq
- İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər
- Bu gün Elçibəyin doğum günüdür