Bakının Xətai rayonunun müxtəlif ərazilərində (Gəncə prospekti, “Həzi Aslanov” m/s ətrafı) gecə saatlarında kəskin qaz iyinin gəlməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bəzi istifadəçilərin iddiasına görə, sakinlər ürək bulanması və baş ağrısından şikayətlənir. Onlar bu halın ərazidəki qaz sızmalarından yarandığını iddia edirlər. Oxşar vəziyyətin Sabunçu rayonunun Zabrat qəsəbəsində də müşahidə olunduğu deyilir.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev BUTA.TV-a bildirib ki, bununla bağlı hər hansı şikayət qeydə alınmayıb.
“Azərqaz” İstehsalat Birliyi tərəfindən ölkədə qüvvədə olan qanunvericiliyə və normativ texniki qaydalara əsasən yerüstü qaz kəmərlərinə hər rübdə bir dəfədən az olmayaraq texniki baxış keçirilir. Həmçinin də istismar müddətindən asılı olaraq, ayda bir dəfədən az olmayaraq, yeraltı qaz kəmərlərinə xüsusi qaz analizatorları vasitəsi ilə texniki baxış keçirilir. Qaz sızmaları aşkar olunarsa, dərhal qazsızmaların aradan qaldırılması təmin edilir.
“Azərqaz” İB-nin balansında olan qaz kəmərlərindən şəhərdə böyük bir qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmaların olması texniki cəhətdən qeyri-mümkündür. Gündəlik yoxlamaların nəticəsində də görürük ki, “Azərqaz” İB-nin balansında olan qaz kəmərlərində genişmiqyaslı hər hansı qaz sızması və yaxud da qəza halı qeydə alınmayıb”, - o qeyd edib.
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı