ABŞ-ın Massaçusets ştatında on iki yaşlı uşaq uzun müddət ancaq fəst-fud yediyi üçün tamamilə kor olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.
Bildirilib ki, valideynlər uşağın müəyyən tərkibli qidalardan qorxduğunu, buna görə də yalnız burger, kartof qızartması, şirələr və pankeyki (pancake) yediyini deyiblər. Belə bir monoton rasion uşaqda həyati vacib vitaminlərin çatışmazlığına səbəb olub.
Onun görmə problemləri ilin əvvəlində başlayıb və getdikcə pisləşib. Valideynləri onu xəstəxanaya aparıblar və məlum olub ki, uşaqda A, C, D vitaminləri, həmçinin sink və mis miqdarı çox azdır. Həkimlər görmə sinirinin atrofiyası diaqnozu qoyublar və vitamin əlavələri ilə dolu müalicə kursuna başlasalar da, onun korluğunun əbədi qala biləcəyini vurğulayıblar.
- Polşada azərbaycanlı sürücüyə hücum - Foto
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı