"Zəfər yolu" adlanan Füzuli–Şuşa avtomobil yolunda elektron tərəzinin quraşdırılması işlərinə başlanılıb.
BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşıımaları departamentinin rəhbəri Sübhan Əbilov Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə təşkil edilmiş mediaturda deyib.
"Qaradağda yolun hər iki istiqamətində quraşdırılan elektron tərəzilər vasitəsilə son 10 gün ərzində hər iki istiqamətdə 75 000 yük nəqliyyat vasitəsinin keçidi qeydə alınıb və onların içərisində qayda pozuntusu törədənlər barəsində məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin İnformasiya Sisteminə ötürülüb", - S. Əbilov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması layihəsinin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
O qeyd edib ki, Azərbaycanda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb:
"Bu günədək ölkədə 6 elektron tərəzi quraşdırılılıb, ümumilikdə isə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb".
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Polad Həşimovun oğlu da məzun oldu - Foto
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır
- 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var