Ermənistanın brend istehsalçılarının özləri də tədricən “konyak” sözündən imtina edirlər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
“İndi brend adları butulkaların üzərinə böyük hərflərlə (“Axtamar”, “Dvin” və s.), “konyak” sözü isə kiçik hərflərlə yazılmağa başlayır. Hələ “konyak” sözünü işlətmək mümkün olsa da (2042-ci ilə qədər), şirkətlər istehlakçılar arasında yeni bir qavrayışın kök salması üçün markalarını indidən dəyişirlər”, - nazir bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan öz konyakları ilə öyünən ermənilərə Avropanın güldüyünü demişdi. Paşinyan hətta məişət səviyyəsində belə “konyak” sözündən imtina etməyə çağırmışdı.
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Polad Həşimovun oğlu da məzun oldu - Foto
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır
- 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var