Daha bir küçədə mikromobillik imkanları genişləndirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, görülən işlər çərçivəsində Dilarə Əliyeva küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.
Eyni zamanda, zolaqlar boyunca yaşıl boya ilə işarələmə işləri aparılır.
Qeyd edək ki, İçərişəhər və Əziz Əliyev küçəsində də piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır
- 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var
- Nazir məzunlarla “Yallı” oynadı - Video
- AZAL Naxçıvana reysləri bərpa etdi