Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir.
BUTA.TV Report-a istinadla xəbər verir ki, tədbir Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvenssiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində reallaşır.
Dini Liderlərinin Qlobal Sammiti Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunur. “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən tədbirin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.
Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələrinin qatıldığı Qlobal Sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir.
Tədbir iki gün davam edəcək.
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
- Polad Həşimovun oğlu da məzun oldu - Foto
- Prezident Kral III Çarlzı təbrik etdi
- DYP-dən sürücülərə müraciət
- Bu gün məzun olan şəhid övladları - Siyahı
- Bu ərazilərə yağış yağır
- 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var