Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
BUTA.TV Valyuta.az-a istinadla xəbər verir ki, tender Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır. Tenderin qalibi Gəncə Körpü Tikinti-2 Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə qurum arasında 9 milyon 847 min 742 manatlıq müqavilə imzalanacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, Gəncə Körpü Tikinti-2 ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Açıq mənbələrdə ASC barəsində hər hansı məlumat yoxdur. Baxmayaraq ki, Gəncə Körpü Tikinti-2 ASC vaxtaşırı milyonluq tenderlərin qalibi olur. ASC-nin qalib gəldiyi tenderlər əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlara aid olur.
2021-2022-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlarla Gəncə Körpü Tikinti-2 ASC arasında maliyyə dəyəri 10 668 797.01 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb.
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto