Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BUTA.TV APA-ya isinadla xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Mehdi Xəlilbəylinin 3 il sınaq müddəti təyin olunmaqla, 4 il müddətinə şərti azadlıqdan məhrum olunmasını istəyib.
Daha sonra Mehdi Xəlilbəyli son söz deyib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub.
Qərara əsasən, Mehdi Xəlilbəyliyə 2 il sınaq müddəti təyin olunmaqla, 4 il şərti cəza verilib.
M.Xəlilbəyli məhkəmə zalından azadlığa braxılıb.
Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
O zaman bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.
Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.
Cinayət işi ürə jurnalist Sahil Bəxtiyar oğlu Kərimli ilə yanaşı daha 13 nəfər - Cəfərov Elmar Eldar oğlu, Əfəndiyev Mehman Yaqub oğlu, Salayev Emin Akif oğlu, Hüseynov Kamran Akif oğlu, Əhmədov Musa Nizami oğlu, Kazımov Tərlan Qürbət oğlu, Qasımov Ağagül Akif oğlu, Sultanov Elçin Elxan oğlu, İsgəndərov Zaur Tahir oğlu, Həsənov Mirzə Tahir oğlu, Hacızadə Rəşad Mirsahib oğlu, Cəfərov Zavur Cəmil oğlu, Hüseynov Hüseyn Kəskin oğlu zərərçəkən kimi tanınıb.
- Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan
- Prezident Maqdalena Qrononu qəbul etdi - Foto
- Bakı və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident