“Qalatasaray”ın ulduzu Mauro İkardi şəxsi həyatında baş verən son hadisələrlə gündəmdə qalmağa davam edir.
“BUTA.TV” Türkiyə KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu həyat yoldaşı Vanda Nara canlı yayımda reper L-Qante ilə öpüşdükdən sonra sosial media hesabında diqqətçəkən hərəkət edib.
İkardi müğənni Simge Sağını sosial media hesabında izləməyə alıb, Simge də öz növbəsində məşhur futbolçunu izləyib və son paylaşımını bəyənib.
Bu, sosial mediada geniş əks-səda doğurub. Belə ki, Argentina mətbuatında yayılan xəbərlərə görə, onların arasında sevgi münasibətinin yarandığı iddia edilir.
Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”ın çempionluq şənliyində Simge Sağının “Aşkın Olayım” mahnısını müğənni ilə birlikdə oxumuşdu.

- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır