ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp cümə axşamı (7 noyabr) Rusiya Prezidenti Vladimir Putinlə danışıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşrə danışan mənbə bildirib ki, Trampın Floridadakı kurortundan apardığı telefon danışığı zamanı Rusiya prezidentinə Ukraynada müharibəni alovlandırmamağı tövsiyə edib və ona Vaşinqtonun Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb.
Həmçinin bildirilir ki, liderlər Avropada sülhün əldə olunması imkanlarını müzakirə ediblər.
Tramp öz növbəsində Ukraynadakı müharibəyə tezliklə son qoyulmasını müzakirə etmək üçün gələcək təmaslarda maraqlı olduğunu bildirib.
Bundan əlavə, nəşrin məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti bildirib ki, Ukrayna ərazisinin bir hissəsini vermək tələb oluna bilər. O, təklif edib ki, bu, Krım ola bilər.
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır
- Blogerin bacısı qəzada öldü - Foto