ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib.
“BUTA.TV” bu barədə “CNN”ə istinadən xəbər verir. “Bu iki böyük amerikalı birlikdə mənim Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq”, - Tramp açıqlamasında bildirib.
O qeyd edib ki, Mask və Ramasvami hökumətdən kənar məsləhətlər və təlimatlar verəcək, geniş miqyaslı struktur islahatları aparmaq və hökümətdə indiyə qədər görülməmiş sahibkarlıq yanaşması yaratmaq üçün Ağ Evin İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Vivek Ramasvami Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri idi. O, Respublikaçıların namizədi ilə bağlı keçirilən seçkilərdən sonra geri çəkilərək Donald Trampı dəstəkləyəcəyini açıqlamışdı.
Fotoda Vivek Ramasvami
- Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video