Ukraynanın “Hörümçək” əməliyyatı həm möhtəşəm planlaşdırması, həm də hərbi baxımdan yaratdığı dərin və geniş əks-səda ilə seçilən xüsusi əməliyyatlardan biridir. Bu əməliyyat uzun müddət ərzində – təxminən bir il yarım – Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb. Belə mürəkkəb bir əməliyyatın təkbaşına icrası çətin olardı. Lakin Ukraynanın xüsusi xidmət orqanları bunu ustalıqla planlaşdıraraq uğurla həyata keçiriblər.
Bu fikirləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, əməliyyat beynəlxalq miqyasda böyük rezonansa səbəb olub və Rusiya güc strukturlarında ciddi boşluqları üzə çıxarıb:
“Murmansk və İrkutskda yerləşən 40-dan çox strateji bombardmançı təyyarənin sıradan çıxarılması, Rusiya prezidentinin Təhlükəsizlik Şurasının təcili iclasını çağırması bu əməliyyatın miqyasını göstərir. Dəqiq demək çətindir, amma böyük ehtimalla əməliyyat zamanı əldə olunan kəşfiyyat məlumatlarının toplanmasında NATO mütəxəssislərinin də müəyyən rolu olub”.
Ekspert qeyd edir ki, Rusiyanın bu əməliyyatdan əvvəlcədən xəbər tuta bilməməsi ölkədəki ciddi böhrandan xəbər verir:
“Bu barədə dəfələrlə demişəm. Priqojin hadisəsi, Moskvaya yürüş, güc strukturlarının ehtiyatlı və qorxaq davranışı, Moskvanın, eləcə də Kursk və Bryansk bölgələrinin zərbələrə məruz qalması – bütün bunlar Rusiyanın xüsusi xidmət orqanlarında dərin boşluqları göstərir. Bu, həm də Rusiyanın yanlış daxili və xarici siyasətinin nəticəsidir”.
Ekspertin sözlərinə görə, Ukrayna bir daha sübut etdi ki, müharibəni Rusiyanın ərazisinə daşımaq imkanına malikdir.
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Bakıda restoranda yanğın - Fotolar - Yenilənir
- 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov
- İnkişafın yeni mərhələsinə daxil oluruq