Jurnalist Nəzrin Hüseynzadə məzun günündə rəqs etdiyi üçün İTV-dən işdən çıxarıldığını iddia edib.
BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, jurnalist rəqs videosunu yayımlayaraq, təhsil aldığı Bakı Dövlət Universitetində problem yaşadığını bildirib:
“Məzun günümdə heç bir quruma bağlı olmadan, sadə bir tələbə statusunda məzunlar üçün təşkil edilən bədi konsert proqramı hissəsi zamanı səhnəyə çıxaraq rəqs etdim. Heç bir nalayiq davranış sərgiləmədən, universitetin, fakültənin və ən əsası şəxsimin reputasiyasına xələl vermədən sadəcə günün anlam və önəmini qeyd etdiyim 33 saniyəlik bir ana görə, arenanın mühafizə əməkdaşı tərəfindən “içkilisən” damğasına məruz qaldım. Rəhbərliyə şikayət etdiyim üçün son 2 ildir BDU rəhbərliyi çalışdığım qurumlara bu məsələni qabardaraq professional imicimə xələl gətirmə cəhdləri irəli sürür. Bildirmək istəyirəm ki, sözügedən davranış videodakı 33 saniyədən ibarətdir və heç bir spirtli içkidən söz gedə bilməz. Demokratik dövlətin vətəndaşı kimi məzun gününün sevincini bölüşən tələbənin səmimi görüntüsündən başqa bir hal deyil. Bu məsələni qabardaraq professional imicimə zərbə vurmağa çalışan BDU mətbuat xidmətinin rəhbəri Kəmalə xanım İTV-dəki işimdən öz ərizəmi yazaraq istefa verməyimə səbəb olub. Fikret Dolukhanovun bunu təsdiq edəcəyinə əminəm. 23 yaşlı gənc jurnalistə, məzunlarına dəstək olmaq əvəzinə karyerasına zərbə vurmağa çalışan bu şəxslərə ictimai formada etiraz edirəm!”.
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu
- Azərbaycanda 147 milyonluq narkotik məhv edildi
- Növbəti 5 gün yağış yağacaq – Xəbərdarlıq
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto