Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Ərdoğan Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr hər sahədə olduğu kimi, enerji sahəsində də güclü və qətiyyətlə davam edir”.
Prezident Türkiyə və Azərbaycanın enerji sahəsində bir çox uğurlara imza atdığını qeyd edib: "Son illərdə baş verən qlobal geosiyasi proseslər Türkiyə-Azərbaycan əməkdaşlığının enerji təhlükəsizliyi baxımından əhəmiyyətini bir daha vurğulayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəməri kimi infrastruktur sərmayələri təkcə Türkiyə və Azərbaycana yox, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir".
Türkiyə lideri İğdır-Naxçıvan boru kəmərini enerji əməkdaşlığının ən yeni nümunəsi adlandırıb.
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Bakıda restoranda yanğın - Fotolar - Yenilənir
- 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
- Buna görə bəzən tənqid olunuruq - Valeh Ələsgərov
- İnkişafın yeni mərhələsinə daxil oluruq