OPEK+ ölkələrinin neft hasilatını artırmaq qərarının arxasında siyasi və iqtisadi səbəblər dayanır.
Bu sözləri BUTA.TV-a iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu qərarın verilməsində əsas səbəblərdən biri ABŞ Prezidenti Donald Trampın təzyiqləri və bazar payını itirmək qorxusudur.
Ekspert bildirib ki, Tramp administrasiyası OPEK+ ölkələrinə dəfələrlə süni qiymət artımına getməməklə bağlı xəbərdarlıq edib:
“ABŞ bu məsələdə təzyiq göstərir və qiymətlərin yüksəlməsini istəmir. Trampın bu yaxınlardakı Ərəbistan səfəri zamanı da bu mövzu gündəmdə olub və müəyyən razılaşmalar əldə edilib”.
Natiq Cəfərlinin fikrincə, qərarın digər səbəbi bazar payının əldən verilməsi qorxusudur:
“Səudiyyə Ərəbistanı və digər OPEK+ ölkələri hasilatı azaldanda bazardakı mövqelərini itirirlər. Bu zaman OPEK+ üzvü olmayan ölkələr daha çox pay qazanırlar. Bu, təşkilat ölkələrində narahatlıq yaradır və nəticədə hasilatın artırılması qərarı verilir”.
Ekspert qərarın Azərbaycana birbaşa təsir edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, neft hasilatının azalması və qiymətlərin mümkün enməsi ölkə üçün risklidir:
“Hazırda orta illik qiymət 70 dollar civarındadır və bu, qənaətbəxş göstəricidir. Ancaq qiymət 60 dollara və ya daha aşağı düşərsə, bu, Azərbaycanın ixrac gəlirlərinə, makroiqtisadi göstəricilərinə və büdcəsinə təsir edə bilər. Gələn il üçün qiymət 55-65 dollar aralığında qalsa, bu, ölkə üçün çətinlik yarada bilər”.
Qeyd edək ki, neft hasilatını könüllü olaraq azaldan səkkiz OPEK+ ölkəsi iyulda gündəlik hasilatı 411 min barrel artırmaq qərarına gəlib.
Bununla da OPEK+ "səkkizliyi" üçüncü dəfədir belə bir qərar qəbul edir. Daha əvvəl may və iyun ayları üçün analoji hasilat artımı ilə bağlı qərar verilmişdi.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər