2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.
Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir:
Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton
Sex istehsalı armaturlar: 800-900 AZN/ton.
Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir.
Taxta məhsullar tikintidə geniş istifadə olunur. Qiymətlərdə bahalaşma mövcuddur:
1 m³ yaş taxta: 380-420 AZN
Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.
Dam örtükləri və diktlər
Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:
0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN
15-lik dikt: 28 AZN → 19 AZN
17-lik dikt: 34 AZN → 21 AZN
Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.
Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.
Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.
Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir edən ən böyük amillərdəndir
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu
- Azərbaycanda 147 milyonluq narkotik məhv edildi
- Növbəti 5 gün yağış yağacaq – Xəbərdarlıq
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto