Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, rəsmi Bakı və rəsmi İrəvan NATO ilə əməkdaşlığın dərinləşməsinin risklərini nəzərə almalıdır. Bu bəyanat faktiki olaraq açıq təhdiddir. Lakin “NATO” deyərkən əslində kim nəzərdə tutulur?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov bildirib.
“Cənubi Qafqazda NATO-nun əsas aktoru Türkiyədir. Məhz Türkiyə Rusiyanın alovlandırdığı və uzun illər ərzində “dondurulmuş münaqişə” statusunda saxladığı Qarabağ probleminin birdəfəlik həllinə əvəzsiz töhfə verib.
Qarabağ münaqişəsinin həlli Rusiyanın regiondakı geosiyasi mövqelərinə ciddi zərbə vurdu. Üstəlik, bu azmış kimi, Türkiyə Rusiyanın təsir dairəsindən çıxmağa çalışan Ermənistana da qucaq açır.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması isə Cənubi Qafqazda Rusiyanın geosiyasi təsiri üçün tabutda son mismar ola bilər.
Həmçinin, görünən odur ki, Azərbaycan-Türkiyə münasibətləri elə bir səviyyəyə çatıb ki, bu, artıq Rusiya üçün “qəbuledilməz” hədd hesab olunur”, - politoloq vurğulayıb.
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var