Ermənistanda kilsə ilə hökumət arasında münasibətlərdə gərginlik son zamanlar daha da dərinləşib. Müxalifət bu qarşıdurmada açıq şəkildə kilsəni və onun rəhbəri II Qarageni dəstəkləyir. Müxalifət mediası isə Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı ritorikasının Azərbaycan ruhani lideri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin mövqeyi ilə oxşarlıq təşkil etdiyini iddia edir. Bildirilir ki, Paşinyanın erməni kilsəsinə yönəlmiş tənqidləri Paşazadənin üslubuna bənzəyir. Bu səbəbdən media bu məsələləri bir-birinə bağlayaraq baş naziri sərt şəkildə tənqid edir və onu aşağılamağa çalışır.
Bu fikirləri BUTA.TV-a açıqlamasında politoloq Zeynal Əmirəliyev bildirib.
O, Ermənistan mediasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə qarşı yayımlanan tənqidi yazıların səbəblərinə aydınlıq gətirib.
Politoloqun sözlərinə görə, bu yanaşma Ermənistan cəmiyyətində kök salmış ksenofobiyanın göstəricisidir:
“Bu fakt bir daha sübut edir ki, Ermənistan cəmiyyətində təkcə millətçilik deyil, dini zəmində də düşmənçilik mövcuddur. Müsəlmanlara qarşı aqressiya açıq hiss olunur. Azərbaycan din xadiminin hədəf seçilməsi təsadüfi deyil. Bu, Ermənistandakı revanşist qüvvələrin həm milli, həm də dini baxımdan düşmənçilik münasibətini ortaya qoyur”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər