ABŞ-ın bögədəki müttəfiqləri olan ərəb ölkələri İsrailin İrana endirdiyi hava zərbələrini qınasalar da, həmin dövlətlər bu müharibədə İranın zəif çıxmasında maraqlıdırlar. Çünki, İrandakı rejim uzun illər ərəb ölkələrindəki tərəfdarlarını dəstəkləyib, həmin qruplar isə müxtəlif illərdə etirazlara çıxıblar. Doğrudur, İrandakı mühafizəkarlar son illər ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa çalışıblar, ancaq bu, şeyxlərin narahatlığını azaltmayıb. Elə bunun nəticəsidir ki, İranın İsrailə atdığı dronlar hədəfə çatmadan elə ərəb ölkələrinin hava sahəsində neytrallaşdırıldı.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin bu gün İranın hərbi və nüvə obyektlərinə zərbələri haqda danışarkən bildirib.
“ABŞ-ın ərəb ölkələrindəki hərbi bazaları İsraili qorumaq üçün hazır vəziyyətə gətirilib. İranın zəifləmə ehtimalından narahat olan 3 ölkə var: Rusiya, Ermənistan və Çin. Bunlardan hər birinin İrandakı rejimlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Rusiya və Çin üçün İranla sıx tərəfdaşlıq Qərbə qarşı ortaq müqavimət gücünün formalaşmasından ibarətdirsə, Ermənistan üçün İranla sıx tərəfdaşlıq Azərbaycana qarşı istifadə edilən siyasətdir. Hazırda İrandakı rejim mövcudiyyətini qorumağın hayındadır, nə Rusiya, nə Çin, nə Ermənistan, nə də Zəngəzur dəhlizi yada düşür”, - ekspert qeyd edib.
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var