“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir. Təxliyə olunanlar arasında meksikalı diplomatlar da yer alıb. Yaşanan hadisələr və təhlükəsizlik səbəbindən diplomatik heyət Azərbaycanın dəstəyi ilə İranı tərk edib.
BUTA.TV xəbər verir ki, təhlükəsizlik tədbirlərinin tam təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış prosedurlara uyğun həyata keçirilib.
Meksikalı diplomatlar təxliyə sonrası Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan Hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının Azərbaycanın ərazisindən tranzit keçid yolu ilə öz ölkələrinə qayıtmasına şərait yaradılmasını xahiş ediblər.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi