İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub.
Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər