İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyi İranda yüksək qiymətləndirilib.
BUTA.TV xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevə etimadnaməsini təqdim edən İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu bildirib.
O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb və buna görə də təşəkkürlərini çatdırıb.
Səfir qeyd edib ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.
- Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?
- Bərdənin raket atəşinə tutulmasından 5 il ötür
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür