İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş istənilən iddianı qətiyyətlə rədd edir.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Bundan başqa, Sübhani İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnaməyə qarşı çıxıb:
“Bir ölkənin digər ölkəyə qarşı ərazi iddialarını əks etdirə biləcək “yalan və saxta ifadələr” bizim üçün qəbuledilməzdir. Bu cür “uydurma və yanlış terminlərin” (İran səfiri qətnaməni bu cür təsvir edib - red.) istifadəsi regionda dinc birgəyaşayışa və mehriban qonşuluğa ziddir. Ona görə də bu tip ifadələrdən çəkinmək lazımdır. “Qərbi Azərbaycan” – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir”.
Onun sözlərinə görə, İranın Ermənistana münasibətdə mövqeyi dəyişməz olaraq qalır:
“İran İslam Respublikası Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləyir. Biz tövsiyə edirik ki, bu cür özfəaliyyət xarakterli “tarixi iddialar” regionda sülhün bərqərar olmasına mane olmasın”.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi