Yekaterinburqda iki azərbaycanlının ölümü və Rusiya hakimiyyətinin operativ reaksiya verməməsi səbəbindən Azərbaycan Rusiya baş nazirinin müavini Overçukun səfərini ləğv edib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov özünün Teleqram kanalında yazıb.
“Bu hadisələrlə bağlı Azərbaycanda çox böyük narazılıq var. Baxmayaraq ki, əsas yəqin ki, təyyarədəki hadisələrdir (Ötən ilin 25 dekabrında Rusiyanın vurduğu Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi nəzərdə tutulur - red). Üstəlik, bu hadisələr eyni cərgədə qəbul edilir”, - Markov bildirib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi