Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.
Bu barədə BUTA.TV-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır.
Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi