Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
O qeyd edib ki, Azərbaycan nə Aİİ-nin, nə də KTMT-nin üzvüdür:
“Rusiyanın yalnız Aİİ və KTMT üzvlərinə münasibətdə “strateji tərəfdaş” ifadəsi işlədilir. Eyni zamanda, belə üzvlük açıq antirusiya kursundan qorumur. Qarabağın “ermənilərdən təmizlənməsindən” sonra Azərbaycan rəhbərliyinin Rusiyanın mümkün mənfi reaksiyasını gözləmək və ya Rusiyanın bu tip hərəkətlərə müdaxiləsindən ehtiyat etmək üçün heç bir əsası qalmadı. Rusiya ilə xüsusi münasibətləri vurğulamaq zərurəti artıq öz əhəmiyyətini itirib”.
Onun sözlərinə görə, Qarabağ olmasa belə, Azərbaycan da Rusiya kimi ticarət-iqtisadi sahədə əməkdaşlıqdan faydalanmalıdır:
“Rusiyada xeyli sayda Azərbaycan vətəndaşı əmək miqrantı kimi fəaliyyət göstərir, Rusiya vətəndaşları arasında da azərbaycanlılar çoxdur. Amma Azərbaycan müstəqillik tarixi boyu heç vaxt strateji tərəfdaş olmamışdır, bu bizim tərəfimizdən yanlış təsəvvürdür. Azərbaycandan Şimal-Cənub dəhlizinin elementi kimi istifadə etmək planlarımız, fikrimcə, çox problemlidir. Bu iş davam etsə də, hələ ki, irəliləyiş olmayıb”.
- Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?
- Bərdənin raket atəşinə tutulmasından 5 il ötür
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür