Moskva Bakı ilə yaxşı münasibətlərin inkişafında maraqlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
TASS-ın Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanılmasına Azərbaycanın reaksiyası ilə bağlı sualını cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, həmin hadisələr hüquq-mühafizə orqanlarının işi ilə bağlıdır və demarşlar üçün səbəb olmamalıdır.
"Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq", - Peskov bildirib.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi