Meyitlərin (Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının. - red) hansı morqa aparılacağı Azərbaycana gətirildikdən sonra müəyyən olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov məlumat verib.
“Əgər meyit bir ölkədən başqa bir ölkəyə gətirilirsə, həmin ölkədə də yaxınlarının tələbi əsasında hüquq mühafizə orqanlarının qərarı ilə məhkəmə-tibbi ekspertiza aparıla bilər. Əgər Azərbaycanda aparılan ekspertiza rəyi Rusiyada verilən rəylə üst-üstə düşməsə, bu artıq hüquqi prosedurları tələb edən məsələdir. Belə hallarda müvafiq araşdırmalarla hüquq-mühafizə orqanları və prokurorluq məşğul olur”, - Ədalət Həsənov əlavə edib.
Qeyd edək ki, Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılıb. Oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq. Təyyarə 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı