Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

19:02 - 30 İyun 2025 - GÜNDƏM

 Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə BUTA.TV-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan Respublikasının və Ukraynanın vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübə üzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsində fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmiş müzakirələrin nəticələrinə dair protokol imzalanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol