Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı bu gün Baş Prokurorluqda mətbuat konfransı təşkil olunub.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya FTX Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları - Hüseyn və Ziyəddin Səfərovlardır.
Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.
- Prezident Xankəndidə...
- Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik!
- Azərbaycanla münasibətlərdən xoşu gəlməyən qüvvələr var
- ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab
- Səfərov və Lalayev apellyasiya şikayəti verdi
- Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…
- Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...
- Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator