Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video

14:42 - 2 İyul 2025 - GÜNDƏM

 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video

Rusiyada azərbaycanəsilli iş adamı saxlanılıb.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fontanka" Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər İdarəsi məlumat yayıb.

Bildirilib ki, söhbət "Amurov Group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurovdan gedir. İstintaq versiyasına görə, o, 2020-2021-ci illərdə daşınmaz əmlaka sərmayə qoymaq adı ilə fırıldaqçılıq edib.

32 yaşlı biznesmen 46 milyon rubldan (təxminən 997 min manat - red.) çox dəyərində dələduzluqda şübhəli bilinir. O vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib, lakin toplanan vəsaiti mənimsəyib. Hadisə ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Şirkət direktoru Parqolovo şəhərindəki evində saxlanılıb. Axtarış zamanı daşınmaz əmlaka dair sənədlər, telefon və həm rubl, həm də xarici valyutada pul vəsaitləri götürülüb.

Hüquq-mühafizə orqanları hazırda saxlanılanın yoldaşlarının olub-olmamasını araşdırır və onun digər cinayətlərdə iştirakı barədə yoxlamalar aparır.

Polisin məlumatlarına görə, saxlanılan Mark Aleksandroviç Amurov Azərbaycanda doğulub. Nəşrdən bildirilir ki, o, azı 10 il əvvəl Sankt-Peterburqda Rusiya pasportu alıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol