Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini qoyublar.
BUTA.TV xəbər verir ki, “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq.
Qeyd edək ki, paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Bu parkın salınması ilə xalqlarımızın mədəni əlaqələri daha da möhkəmlənəcək.
- Bakı və Moskva gərginliyinin - 10 səbəbi
- Bakı ilə aramızı vurmağa o da qoşuldu - Karasin
- Prezident Xankəndidə...
- Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik!
- Azərbaycanla münasibətlərdən xoşu gəlməyən qüvvələr var
- ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab
- Səfərov və Lalayev apellyasiya şikayəti verdi
- Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…